Süleymaniyədə siyasi partiya binasına hücum etdilər
Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Süleymaniyə şəhərinin Piremerqun qəsəbəsində Məsud Bərzani liderliyindəki “Kürdüstan Demokrat Partiyası”na məxsus binaya hücum edilib.
Bu barədə yerli hüquq mühafizə orqanları məlumat yayıblar.
Məlumatda vurğulanır ki, hadisə zamanı qarşıdurma baş verib və 15 nəfər yaralanıb. Bölgəyə polis qüvvələrinin yeridildiyi və onlarla insanın da saxlanıldıqları diqqətə çatdırılır.