Şultz İsrailin qətliamlarına göz yumub, İranı ittiham etdi
Almaniyanın kansleri sionist rejimin bölgədəki hücumlarına, minlərlə qadın və uşağı qətliam etməsinə səssiz qalaraq İrana xəbərdarlıq edib.Almaniya kansleri çərşənbə günü cinayətkar sionistləri hərtərəfli müdafiə edərək, İrana xəbərdarlıq edib.
Almaniya kansleri Olaf Şultz deyib: “Biz İranın İsrailə raketlərlə hücum etməsini qəbul etmirik. Bu baş verməməlidir”.
O, sionist rejimin bölgədəki cinayətləri və minlərlə qadın və uşağı qətliam etməsindən bəhs etmədən deyib: “Regionda daha qeyri-sabitlik olmamalıdır.”