Sunak: “Britaniya Qəzza zolağında tökülən qandan şoka düşüb”

Sunak: “Britaniya Qəzza zolağında tökülən qandan şoka düşüb”

Böyük Britaniya İsrailin özünümüdafiə hüququnu dəstəkləməyə davam edir, lakin Qəzza zolağında tökülən qandan şoka düşüb.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bunu bəyan edərək, İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında münaqişəyə son qoyulmalı olduğunu vurğulayıb.

“Qəzzada altı aylıq müharibədən sonra mülki əhalinin vəziyyəti pisləşməkdə davam edir. Aclıq, ümidsizlik və ölənlərin sayı dəhşətli miqyasdadır. Biz İsrailin HƏMAS terrorçularının təhdidinə qarşı özünü müdafiə etmək və təhlükəsizliyini təmin etmək hüququnu dəstəkləməyə davam edirik. Bununla belə, bütün Böyük Britaniya Qəzzada tökülən qandan şokdadır. Bu dəhşətli münaqişəyə son qoyulmalıdır”, – hökümət başçısının bəyanatında deyilir.

Sunak HƏMAS-ın əlində olan girovların dərhal azad edilməsini və anklava humanitar yardımın çatdırılması üçün marşrutların açılmasına çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + two =