Süni intellekt cəbhəsində tarixi an: Ən güclü şirkətlər eyni cəbhədə

Süni intellekt sahəsinin iki əsas rəqibi – “Google” və “OpenAI” bulud hesablama sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.
Razılaşmaya əsasən, “OpenAI” süni intellekt modellərini inkişaf etdirmək üçün “Google Cloud”un hesablama gücündən istifadə edə biləcək. Bu əməkdaşlıq “OpenAI” şirkətinə uzun müddətdir istifadə etdiyi “Microsoft”un bulud xidmətlərindən asılılığı azaltmağa şərait yaradacaq. Eyni zamanda, “Google” üçün bu razılaşma bulud texnologiyaları bölməsini daha da böyütmək imkanı verir.
Məlumata görə, iki şirkət arasında bu əməkdaşlıq barədə danışıqlar bir neçə ay əvvəl başlayıb və razılaşma artıq may ayında əldə edilib. Lakin bu məlumat yalnız indi ictimaiyyətə açıqlanıb.