Süni İntellekt Silaha Nəzarət Edir: Sərhədsiz Texnologiya Təhlükəsi! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Müstəqil bir mühəndis ChatGPT-dən istifadə edərək sahibinin verdiyi göstərişlərə uyğun hədəfə mərmi yağdıran avtomatik silah hazırlayıb. Məlumata görə, mühəndis OpenAI-ın beta mərhələsində olan Realtime API-sindən istifadə edərək ChatGPT-ni silaha asistanlıq edəcək şəkildə proqramlaşdırıb. Paylaşılan videoda, mühəndisin silaha “ön soldan və ön sağdan hücum altındayıq” dedikdə, silahın dərhal atəş açdığı və ardından ChatGPT-nin “Daha çox yardıma ehtiyacınız olarsa, mənə xəbər verin” deyə cavab verdiyi görünür.

OpenAI məsələ ilə bağlı açıqlama verərək ChatGPT-nin bu cür ölümcül sistemlərdə istifadəsinə icazə verilmədiyini bildirib və layihənin dərhal dayandırılmasını tələb edib.Bu hadisə süni intellektin təhlükəli məqsədlər üçün istifadəsinin mümkünlüyünü bir daha gündəmə gətirib. Mütəxəssislər bu cür texnologiyaların nəzarətsiz inkişafının ciddi risklər doğura biləcəyini vurğulayırlar. Yeni məlumatlar daxil olduqca sizə təqdim edəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + eleven =