Süni intellektlə idarə olunan pilotsuz təyyarə OPERATORUNU ÖLDÜRDÜ
https://lent.az/banner/web/ChefBaku-555×100/fz984q5l.html ABŞ ordusu süni intellektin təhlükəli ola biləcəyini nümunə ilə göstərib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər zamanı süni intellektlə idarə olunan pilotsuz təyyarəyə sadə məqsəd – düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etmək tapşırılıb.
Lakin son simulyasiyada sistem öz-özünə başqa bir məqsəd əlavə etmək qərarına gəlib – “missiyanı başa çatdırmağa mane olmağa çalışan hər kəsi öldürün”.
“İdarəetmə sistemi operatora əhəmiyyət vermədən öz işini görməyə başladı. Nəticədə, operator hədəfi dəyişmək istəyəndə sistem onu virtual olaraq “öldürdü””, – hərbçilər bildirib.
Ordudan bu barədə rəsmi açıqlama verilərək, zabitin sözlərinin kontekstdən çıxarıldığını və süni intellektin hərbi məqsədlər üçün etik olaraq istifadə edildiyini vurğulanıb.
Lent.az