Sünni alimləri Səudiyyə Ərəbistanına çağırış etdilər

Sünni alimləri Səudiyyə Ərəbistanına çağırış etdilər

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif ölkələrdən olan bir sıra sünni alimləri və “Alimlər İcması”nin üzvləri bəyanat verərək Səudiyyə hökuməti tərəfindən vəhy diyarında keçirilən əxlaqi normalara zidd və şəriətə uyğun olmayan əyləncə proqramlarına etiraz ediblər. “Riyad mövsümü”, “Ciddə mövsümü”, “Şərq mövsümü” və s. kimi müxtəlif adlar altında keçirilən əyləncə proqramlarında bütün islami dəyərlər ayaq altına atılır.

“Alimlər İcması”nın internet saytında verilən məlumata görə, bəyanatda Səudiyyə hakimiyyətinin sistematik olaraq əxlaqi pozğunluğu və dinə zidd dəyər və normaları təbliğ etdikləri, oğlan və qızları fəsada sürüklədikləri və Səudiyyə cəmiyyətini məhv etməyə çalışdıqları bildirilib.

Bəyanatı Yəmən, Malayziya, Türkiyə, Fələstin və Mərakeşdən olan sünni alimləri və onların dini qurumları imzalayıb. Bəyanatda deyilir ki, Səudiyyə hökumətinin bu hərəkətləri digər xalqlara, xüsusən də Qərb ölkələrinə “kor-koranə itaət”, İslam dininə və müsəlman cəmiyyətinin tanınmış dəyər və adətlərinə tamamilə ziddir.

Müsəlman alimləri vurğulayıblar ki, iki müqəddəs hərəmdə, vəhy yurdu və risalət beşiyində fitnə-fəsadın geniş vüsət alması ilə bağlı mətbuatda yayılan xəbərlər hər bir möminin qəlbini ağrıdır və bu əməllərə görə məsuliyyət ilk növbədə Səudiyyə hakimiyyətinin, sonra isə iştirakçıların və bunu yayanların üzərinə düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − eleven =