Suriya BMT-ni birtərəfli sanksiyaları ləğv etməyə çağırıb

Suriya BMT-ni təcili olaraq birtərəfli sanksiyaları ləğv etməyə və humanitar ehtiyacları ödəmək üçün lazımi maliyyə ayırmağa çağırıb.
APA xəbər verir ki, Bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəsi Qusay əd-Dahak Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Suriya həmçinin BMT-yə üzv dövlətləri Suriya xalqının iradəsinə və onların milli seçiminə hörmət etməyə, dövlət institutlarını və onların təhlükəsizliyini, sabitliyin bərpasını və cəmiyyətin inkişafı üçün səyləri dəstəkləməyə çağırır”, – Qusay əd-Dahak qeyd edib.