Suriya BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq niyyətindədir

Suriya BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq niyyətindədir

Suriyanın maliyyə naziri ölkəsinin BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyətini açıqlayıb.

Mehr xəbər agentliyinin Sputnik-ə istinadən verdiyi məlumata görə, Suriyanın maliyyə naziri “Kənan Yaği” ölkəsinin BRİKS təşkilatına qoşulmaq üçün göstərdiyi səyləri açıqlayıb.

O, daha sonra vurğulayıb ki, Dəməşq BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq üçün öz müraciətini təqdim etməyi planlaşdırır.

Bu gün Əlcəzair prezidenti dollar və avrodan imtina etmək məqsədi ilə ölkəsinin BRİKS təşkilatına qoşulması prosesini sürətləndirmək istədiyini bildirərək vurğulayıb:

Bu hərəkətin Əlcəzair iqtisadiyyatı üçün geniş faydaları var.

Bundan əvvəl Rusiyanın Qahirədəki səfiri Georgi Borisenko da Misirin BRİKS qrupuna qoşulmaq üçün müraciət etdiyini açıqlamışdı.

Bununla bağlı Borisenko deyib: Misir BRIKS qrupuna daxil olmaq üçün müraciət etdi, çünki BRİKS-in hazırda təşəbbüslərindən biri istər milli valyuta olsun, istərsə də (dollara) alternativ valyutalarla mümkün qədər ticarəti asanlaşdırmaqdır. Misir isə bu məsələdə çox maraqlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =