Suriya: İran və Səudiyyə Ərəbistanı arasında razılaşma region xalqlarının maraqlarına uyğundur

Suriya: İran və Səudiyyə Ərəbistanı arasında razılaşma region xalqlarının maraqlarına uyğundur

Suriya hökuməti İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpasına dair razılaşmanı alqışlayıb və bu razılaşmanın iki ölkə və region xalqlarının mənafeyinə uyğun olduğunu vurğulayıb.

Suriyanın rəsmi Xəbər Agentliyinin (SANA) verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib: Suriya Ərəb Respublikası Səudiyyə Ərəbistanı ilə İran İslam Respublikası kimi iki qonşu ölkə arasında diplomatik əlaqələrin bərpasına dair razılaşmanı alqışlayır və bu mövzuda Çin səlahiyyətlilərinin səmimi səylərini yüksək qiymətləndirir.

Bu bəyanatda deyilir: Bu mühüm addım regionda təhlükəsizlik və sabitliyi və əməkdaşlığı gücləndirəcək ki, bu da iki ölkə xalqlarının və ümumilikdə region xalqlarının ümumi maraqlarına müsbət təsir göstərəcək.

Suriya Xarici İşlər Nazirliyi bəyan edib: Suriya ümid edir ki, bu səylər davam edəcək və bu gün dünyada üzləşdiyimiz böyük problemlərin aradan qaldırılmasında ərəb ölkələri və dostlarımız arasındakı əlaqələri əhatə edəcək.

Ayətullah Seyid İbrahim Rəisinin fevral ayında Pekinə səfərindən sonra Əli Şəmxani səudiyyəli həmkarı ilə martın 5-i bazar ertəsi Çində prezidentin səfər razılaşmalarını izləmək məqsədi ilə intensiv danışıqlara başlayıb.

Bu danışıqların sonunda martın 10-da Pekində Ali Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani və Səudiyyə Ərəbistanının müşaviri və Nazirlər Şurasının üzvü və Milli Təhlükəsizlik müşaviri “Məsadə bin Məhəmməd Əl-Əyban və Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi ofisinin üzvü və Xarici İşlər Mərkəzi Komitəsinin ofisinin rəhbəri Vanq Yi tərəfindən üçtərəfli bəyanat imzalandı.

Nəticədə, ikitərəfli əlaqələrin bərpası və 7 illik əlaqənin kəsilməsindən sonra iki ölkənin səfirliklərinin yenidən açılması ilə bağlı Tehran-Riyad razılaşması açıqlandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − five =