Suriya-İraq sərhədində Şəhid Qasim Süleymaniyə möhtəşəm anım mərasimi keçirilib
Sizinyol xarici mediaya istinadən xəbər verir:
General Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin birinci ildönümü Suriya-İraq sərhədinə yaxın Bukmal bölgəsində qeyd olundu.
Bu gün (cümə axşamı) minlərlə köçəri, rəsmi səlahiyyətlilər və Bukmal bölgəsi sakinləri General Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin birinci ildönümünün anım mərasiminə qatıldı.
Əl-Məyadinə istinadən bildirilir ki, İranın Dəməşqdəki səfiri Cavad Türkabadi də mərasimdə çıxış edənlərdən biri olub və Şəhid Süleymaniyə sui-qəsdin şübhəsiz, cavabsız qalmayacağını söyləyib.
Daha sonra Suriyanın müqavimət oxunu müdafiə cəbhəsinin ön xətti olduğunu vurğulayıb.