Suriya İsraillə birbaşa təmaslarda iştirakını inkar edib

Suriya İsraillə birbaşa təmaslarda iştirakını inkar edib

Suriyanın cənubundakı Əs-Suveyda əyalətinin daxili təhlükəsizlik qüvvələrinin rəhbəri Əhməd əd-Dəlati İsraillə birbaşa təmaslarda iştirakı ilə bağlı mediada yayılan məlumatları qəti şəkildə təkzib edib.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al-Ikhbaria” telekanalı məlumat yayıb.

Əd-Dəlatinin sözlərinə görə, onun İsrail tərəfi ilə hər hansı birbaşa danışıqlarda iştirakı ilə bağlı məlumatlar əsassızdır və reallığa uyğun gəlmir.

O, Suriya hakimiyyətinin bütün qanuni vasitələrlə xalqı, dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam etdiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =