Suriya-Livan sərhədində İsrail ordusu hazırlıq vəziyyətinə gətirilib
Sionist mənbələr Əş-Şərqul-Əvsət qəzetinə bildiriblər ki, İranın Ərbildə İsrailin iki mərkəzinə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürməsi təxribat xarakteri daşıyır.
Sirat xəbər saytının məlumatına görə, Əş-Şərqul-Əvsət qəzeti cümə günü ingilis dilində dərc etdiyi xəbərdə Tel-Əvivdəki təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, İsrail ordusu İranın cavab tədbirləri görəcəyi qorxusu ilə Suriya-Livan sərhədində hazır vəziyyətə gətirilib.
Əş-Şərqul-Əvsət sionist mənbələrə istinadən bildirib ki, “İran 12 ballistik raketlə Ərbildəki İsrail mərkəzlərinə hücuma görə məsuliyyəti öz üzərinə götürərək təxribatçı addım atıb.
Məlumata görə, sionist rejim İranın şimal qonşusu olan Azərbaycan Respublikasındakı diplomatik qərargahında da hazırlıq vəziyyəti elan edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun Ərbildəki iki “Mossad” təlim mərkəzinə bu yaxınlarda həyata keçirdiyi raket hücumundan sonra bir neçə ABŞ rəsmisi İranın hədəf aldığı mərkəzin Mossad tərəfindən istifadə edildiyini etiraf edib.
İran ötən bazar günü səhər İraqın şimalındakı iki qabaqcıl Mossad casus təlim mərkəzini ballistik raketlərlə hədəfə almışdı. SEPAH verdiyi bəyanatda sionist terror mərkəzinin nöqtə vuruşu raketlərlə hədəfə alınmasına toxunaraq, “İstənilən pisliyin təkrarına sərt, qəti və dağıdıcı cavablarla qarşılanacağını” bildirib.