Suriya ordusu ABŞ hərbi maşınlarını geri çəkilməyə məcbur edib

Suriya ordusu ABŞ hərbi maşınlarını geri çəkilməyə məcbur edib

Suriyanın rəsmi xəbər agentliyinin məlumatına görə, Suriya ordusu qüvvələri Əl-Həsəkənin şimal-qərb ətrafındakı “Tel-Təmr”də “Qubur əl-Ğəracənə” bölgəsindən keçən ABŞ-a məxsus 4 zirehli texnikanın hədəfə alıb və onları geri çəkilməyə məcbur edib.

Qeyd edək ki, ABŞ Suriyanın şimal və şərqinin bəzi hissələrini işğal edərək 28 hərbi baza yaradıb və bu yolla Suriya resurslarını talayır.

ABŞ ordusu Suriyanın neft quyularının olduğu ərazilərə qoşun yeridib. Məqsəd Suriya xalqını öz resursları və sərvətlərindən məhrum etmək, həmçinin Əl-Qaidə yaraqlılarına və onlara bağlı terror qruplaşmalarına maliyyə dəstəyi göstərməkdir.

Bu fəaliyyətlər ABŞ və onun regiondakı müttəfiqləri tərəfindən Suriyanın amansız mühasirəyə alınması ilə üst-üstə düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 6 =