Suriya ordusu Amerika karvanının Əl-Həsəkədən keçməsinə mane olub

Suriya ordusu Amerika karvanının Əl-Həsəkədən keçməsinə mane olub

Suriya ordusu qüvvələri Əl-Həsəkənin şimal-qərbində yoxlama məntəqəsində beş Amerika zirehli maşınının keçməsinin qarşısını alıb və amerikalılar geri çəkilməyə məcbur olub.

Suriyanın şimal-şərqində yerləşən Əl-Həsəkə vilayətində olan yerli mənbələr bu ölkənin ordusunun Amerika terrorçu əsgərlərini geri çəkilməyə məcbur etdiyini bildirib.

Suriyanın “Əl-Vətən” qəzeti Suriya ordusuna məxsus nəzarət-buraxılış məntəqəsində Əl-Həsəkənin şimal-qərbindəki “Tel Təmir” bölgəsindəki “Qubur Əl-Qəracənə” kəndində beş Amerika zirehli maşınının keçməsinin qarşısını aldığını bildirib.

Yerli mənbələr amerikalı terrorçuların döyüşmədən geri çəkilməyə məcbur olduqlarını bildiriblər.

Bundan əvvəl Suriya ordusunun qüvvələri Əl-Qamışlı şəhərinin cənub-şərqindəki Munsif bölgəsinə daxil olmağa çalışan dörd hərbi maşın və kiçik bir yük maşınından ibarət Amerika hərbi karvanını geri çəkilməyə məcbur etmişdi.

Suriya hökuməti dəfələrlə bəyan edib ki, amerikalıların bu ölkənin şərqində və şimal-şərqində olması qeyri-qanunidir və onlar Suriyanı tərk etməlidirlər. ABŞ əsgərləri Suriyanın şərqindən hər gün minlərlə barel neft oğurlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 1 =