Suriya ordusu Amerika karvanının Rif əl-Həsəkəyə daxil olmasına mane olub

Suriya ordusu Amerika karvanının Rif əl-Həsəkəyə daxil olmasına mane olub

Suriya ordusu amerikalı işğalçıların hərbi karvanının bu ölkənin şimal-şərqindəki Əl-Həsəkə əyalətinin Rif bölgəsindəki “Tel-Təmeir” bölgəsinə daxil olmasına mane olub.

Çərşənbə günü veriləm məlumata görə, Suriya ordusunun nəzarət-buraxılış məntəqələrindən biri amerikalı işğalçıların hərbi karvanının Tel-Təmir bölgəsinə daxil olmasına mane olub.

Suriyanın yerli mənbələri SANA müxbiri ilə müsahibədə Suriya ordusunun Tel-Təmir bölgəsindəki “Qobur əl-Ğəracənə” kəndinin girişindəki nəzarət-buraxılış məntəqəsinin qüvvələrinin 8 Amerika hərbi maşını ilə qarşı-qarşıya qalaraq, onları ərazidən uzaqlaşdırdıqlarını açıqlayıb.

2016-cı ilin dekabrında Suriyada Amerikanın hərbi qolu kimi İŞİD terror qruplaşmasının məğlubiyyəti ilə Amerika qüvvələri birbaşa olaraq bu qruplaşmanı əvəz etdi və İŞİD əvəzinə Suriya neftini məhz həmin vaxtdan çıxarmağa və oğurlamağa başladı.

Amerika qüvvələrinin işğalı altında olan ərazilər və Suriyanın Əl-Həsəkə və digər şimal bölgələrində onların dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) kimi tanınan silahlı qruplaşmalar hər zaman Suriya vətəndaşlarının terrorçuların mövcudluğuna etirazlarının şahidi olub.

Suriya hökuməti dəfələrlə vurğulayıb ki, Suriyanın şərqində və şimal-şərqində bu silahlı birləşmələrin və amerikalıların nefti talamaqdan başqa, məqsədi yoxdur və onların mövcudluğu qanunsuzdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 2 =