Suriya ordusu Həsakənin ətrafında Amerika hərbi karvanının keçidinin qarşısını alıb

Suriya ordusu Həsakənin ətrafında Amerika hərbi karvanının keçidinin qarşısını alıb

Xəbər mənbələri şənbə günü səhər xəbər veriblər ki, Suriya ordusu qüvvələri bu ölkənin şimal-şərqində yerləşən Həsakə şəhəri ətrafında Amerika hərbi karvanının keçməsinə mane olub.

Suriyanın rəsmi xəbər agentliyinin (SANA) verdiyi məlumata görə, Suriya ordusu Həsakənin “Telət-Təmr” bölgəsində yerləşən “Umməl-Xeyr” kəndində Amerika karvanının keçməsinin qarşısını alıb.

Bu xəbərə görə, 6 zirehli maşından ibarət Amerika hərbi karvanı Suriya ordusunun qüvvələri tərəfindən qarşısı alınan konvoy Umməl-Xeyr kəndindən keçməyə hazırlaşırdı.

İki həftə əvvəl Suriya ordusunun nəzarət-buraxılış məntəqəsi Qamışlı ətrafının Əl-Dəmxiyə və Teləz-Zəhəb kəndlərinə daxil olmağı planlaşdıran Amerika qüvvələrinin 6 maşından ibarət karvanını ərazidən geri çəkilməyə məcbur edib.

Son iki ildə ABŞ daha çox əsgər və texnika göndərməklə Suriyanın neftlə zəngin bölgələrində mövcudluğunu artırdı ki, bu da bu ölkə xalqından neftinin oğurlanması hallarının artmasına səbəb oldu.

“Suriya Kürdüstanı Demokratik Qüvvələri” (SDQ) Suriyanın şərqində və şimal-şərqində mövcud olan Amerika terror qüvvələrinə bağlı milislərdir.

Suriya hökuməti dəfələrlə vurğulamışdır ki, Suriyanın şərqində və şimal-şərqində yerləşən bu amerikalı milislər və terrorçu ünsürlərin nefti talamaqdan başqa, məqsədləri yoxdur və onların qeyri-qanuni varlıqlarına son qoyulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + ten =