Suriya ordusu İdlibdə terrorçuların mövqelərinə hücum edib
Xəbər mənbələri Suriya ordusunun Rusiya qüvvələrinin iştirakı ilə İdlib ətrafında terrorçu qruplaşmaların mövqelərinə artilleriya və hava zərbələri endirdiyini bildirib.
İRNA-nın bazar günü verdiyi məlumata görə, SANA xəbər agentliyi Suriya ordusunun artilleriya bölməsinin İdlibin ətrafındakı “Sərmin” qəsəbəsində terrorçu ünsürlərin toplaşdığı mövqeləri hədəfə aldığını bildirib.
Bu xəbərə görə, Suriya və Rusiya ordusunun qırıcıları İdlibin kənarında birgə hücumlar həyata keçirib.
Suriya ordusu və Rusiyanın birgə əməliyyatında İdlib ətrafında “Cəbəluz-Zaviyə” və “Cisrəş-Şuur” istiqamətində terrorçu qrupların 30-dan çox mövqeyi hədəfə alınıb.
Bu, son 72 saat ərzində Suriyanın şimal və şimal-qərbində “Ən-Nusrə Cəbhəsi” terrorçularının və “Türküstan İslam Partiyası” kimi tanınan terror qruplaşmasının mövqelərinin Suriya və Rusiyanın hava hücumları ilə üçüncü dəfə hədəfə alınmasıdır.
Bu hücumlar sözügedən terrorçuların son zamanlar Suriya vətəndaşlarına pilotsuz təyyarələrlə hücumlarına və çoxlu sayda Suriya vətəndaşının ölməsi və ya yaralanmasına cavab olaraq həyata keçirilib.