Suriya Ordusu ölkənin şimalında “Cabhatan-Nusra” qruplaşmasına aviazərbələr endirib

Suriya Ordusu ölkənin şimalında “Cabhatan-Nusra” qruplaşmasına aviazərbələr endirib

Suriya Ordusunun hərbi təyyarələri İdlib əyalətində əl-Qaidənin sabiq qanadı “Cabhatan-Nusra” (digər adı Heyət Təhrir-Şam) radikal qruplaşmasına hava zərbələri endirib.

SalamNews Suriya mətbuatına istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat verib.

Məlumata görə, hava zərbələri İdlibin Cəbəl-Zaviyə bölgəsinə endirilib.

Hava zərbələri nəticəsində radikal qruplaşmanın 8 hərbi texnikası məhv edilib.

Qeyd edək ki, cari ilin martında Türkiyə və Rusiyanın vasitəçiliyi ilə bölgədə atəşkəs elan edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + three =