Suriya ordusu və müttəfiqləri Deyr əz-Zor səhrasını terrorçulardan təmizləyib

Suriya ordusu və müttəfiqləri Deyr əz-Zor səhrasını terrorçulardan təmizləyib

Suriya ordusu müttəfiq qüvvələrinin köməyi ilə Deyr əz-Zor səhrasını İŞİD-in qalıqlarından təmizləyib.Bu barədə Suriyanın şimal-şərqindəki xəbərləri işıqlandıran “Nahr” xəbər saytı məlumat yayıb.

Məlumata görə, Suriya ordusu və müttəfiqləri Deyr əz-Zor vilayətinin səhrasını son iki gündə İŞİD terrorçularından təmizləməyə başlayıb. Bu əməliyyatda vilayətin şərqində yerləşən əl-Mayadin Çölü ilə Əbu Kamal arasındakı ərazi təmizlənib. Əməliyyat bir çox Suriya ordusu qüvvələrinin son günlər İŞİD-in qalıqları tərəfindən pusquda öldürülməsindən sonra başlayıb.

Eyni zamanda müxalifətə bağlı Suriya İnsan Haqları Rəsədxanası, Suriya ordusunun İran da daxil olmaqla müttəfiqlərinin köməyi ilə yeni “Qəbilələr Ordusu” yaratdığını söyləyib. Bu iddiaya görə, Hama, Hələb və İdlib vilayətlərinin qovuşduğu yerdə şərqi Suriyanın səhra bölgəsinin qəbilələri və rəisləri ilə ağsaqqalları arasında geniş görüşlər keçirilib və nəticədə bölgədə qalan İŞİD hüceyrələrinin ara sıra hücumlarına qarşı bir qəbilə ordusunun qurulması planlaşdırılıb.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + sixteen =