Suriya resurslarının talanının davam etməsi; Amerikalılar İraqa 48 neft tankeri aparıblar

Suriya resurslarının talanının davam etməsi; Amerikalılar İraqa 48 neft tankeri aparıblar

Amerika işğalçıları Suriyada işğal olunmuş ərazilərin neft ehtiyatlarının talan edilməsini davam etdirərək 48 neft tankerini İraqdakı bazalarına köçürüblər.

Əhd xəbər saytının məlumatına görə, Suriyadakı yerli mənbələr Suriyanın Əl-Cəzirə neft yataqlarından oğurlanan 48 neft tankerindən ibarət konvoyun qanunsuz Əl-Mahmudi keçidi vasitəsilə bir neçə dəfə İraq ərazisinə keçdiyini bildirib.

Qeyd edək ki, Amerika işğalçı qüvvələri bu ilin sentyabrında Suriyadan yüzlərlə neft tankerini qarət edib, ötən həftə isə bu ölkədən İraqa 14 neft tankerini çıxarıblar.

2016-cı ilin dekabrında ABŞ-ın Suriyada hərbi qolu olan “İŞİD” terror qruplaşmasının məğlubiyyətə uğraması ilə Amerika qüvvələri birbaşa olaraq bu qruplaşmanı əvəz etdi və o vaxtdan İŞİD-in əvəzinə Suriya neftini çıxarmağa və oğurlamağa başladı.

Amerika qüvvələrinin işğalı altında olan ərazilər və onların dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) kimi tanınan silahlı birləşmələr Əl-Həsəkədə və Suriyanın digər şimal bölgələrindədir.

Daima Suriya vətəndaşları işğalçıların və silahlı birləşmələrin bu ərazilərin sakinlərinə qarşı terror aktları törətməsinə qarşı etirazlar edir.

Suriya hökuməti dəfələrlə vurğulayıb ki, Suriyanın şərqində və şimal-şərqində bu silahlı birləşmələrin və amerikalıların nefti talamaqdan başqa, digər məqsədi yoxdur və onların mövcudluğu qanunsuzdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 2 =