Suriya sionist rejimə xəbərdarlıq edib: Suriyaya qarşı təcavüzün cavabını alacaqsınız
Suriya Xarici İşlər Nazirliyi sionist rejim və onun havadarlarına Suriya ərazisinə müdaxilənin və bu ölkə və regiona qarşı cinayətlərin törədilməsinin nəticələri barədə xəbərdarlıq edib.
Dəməşq sionist rejimi Suriyaya qarşı təcavüzün davam etdirilməsi ilə bağlı xəbərdarlıq edərək bildirib ki, bu namərdcəsinə hücumları törədənlər və bu işə təşviq edənlərə bunun nəticələri ağır olacaq.
Suriyanın rəsmi xəbər agentliyinin (SANA) məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi sionistlərin Livanın paytaxtı Beyrut və Suriyanın paytaxtı Dəməşq istiqamətində Suriyanın işğal altında olan Colan təpələrini hədəf alan qorxaqcasına təcavüzünü qətiyyətlə pisləyib.
Hücumun nəticəsində bir əsgər şəhid olub, 5 nəfər yaralanıb və maddi ziyan dəyib.
Suriya Xarici İşlər Nazirliyi bəyanatında bildirib: “Suriya hökuməti sionist rejimin davamlı və açıq-aşkar pozuntuları və cinayətkar hücumları və bunun regionun sabitliyi və beynəlxalq sülhə təhlükələri barədə xəbərdarlıq edir.
Bu təcavüz beynəlxalq hüququn prinsiplərinin və BMT Nizamnaməsinin prinsip və məqsədlərinin və onun Livan və Suriya ilə bağlı qətnamələrinin, xüsusilə də Təhlükəsizlik Şurasının 1974-cü il tarixli 350 saylı qətnaməsinin ikiqat pozulmasıdır.
Təcavüz beynəlxalq sükutla qarşılanıb və ABŞ-ın verdiyi dəstək nəticəsində baş verib ki, bu da işğalçı İsrail rejimini Suriyaya qarşı dəfələrlə etdiyi təcavüzlərdə kobudluğa sövq edir və beynəlxalq ictimaiyyətin etibarını sarsıdır.”