Suriya Türkiyə ilə bağlı Təhlükəsizlik Şurasına və BMT-yə şikayət edib

Suriya Türkiyə ilə bağlı Təhlükəsizlik Şurasına və BMT-yə şikayət edib

Suriya Xarici İşlər Nazirliyi Türkiyənin Suriya ərazisi daxilində “təhlükəsiz zona” yaradılması istiqamətində atdığı addımla bağlı BMT-nin baş katibi və Təhlükəsizlik Şurasına etiraz mesajı göndərərək, bunu “təcavüzkar addım” adlandırıb.

SANA Xəbər Agentliyinin məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Türkiyənin Suriya torpaqlarında qondarma “təhlükəsiz zona” yaratmaq üçün atdığı addımın təcavüz və müstəmləkəçilik olduğunu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətinin Suriya daxilində qaynar nöqtə yaratmaq niyyətində olduğunu bildirib.

Bəyanatda həmçinin, bildirilib ki, Türkiyənin məqsədi terror qruplaşmalarını dəstəkləmək, silahlandırmaq və onlardan  Suriya xalqına qarşı istifadə etmək və ölkədəki ekstremistlərin ifratçı planlarına xidmət etmək üçün silahlı terror təşkilatları yaratmaqda davam etməkdir.

Bu proqramlar regional və qlobal sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır.

Suriya Xarici İşlər Nazirliyi bəyan edib ki, Dəməşq Türkiyənin təcavüzünə son qoymaq üçün üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq hüquqa uyğun olaraq lazımi tədbirlər görmək hüququnu özündə saxlayır.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriya ilə cənub sərhədində 30 kilometrlik təhlükəsiz zona yaratmağa davam edəcəyini açıqlamışdı. O, Türkiyənin milli təhlükəsizliyini təhdid edən hücumlara cavab vermək üçün Türkiyənin yeni hərbi əməliyyatlara hazır olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 1 =