Suriya və İraq sərhəd keçidlərinin idarə olunması üçün işçi mexanizm yaradacaqlar

Suriya və İraqın hakimiyyət orqanları iki ölkə arasında “Ət-Tənf” – “Əl-Valid” sərhəd-keçid məntəqəsini idarə etmək üçün işlək mexanizm yaratmaq barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb
Məsələ İraq kəşfiyyatının rəhbəri Həmid əl-Şatrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa arasında keçirilən görüşdə müzakirə olunub. Görüş cümə günü Dəməşqdəki “Qəsr əş-Şaab” sarayında baş verib.
Suriya ərazisindəki sərhəd-keçid məntəqəsi “Ət-Tanf”, İraq ərazisində isə “Əl-Valid” adlanır. Bu, silahlılar üçün qaynar ərazidir.
SANA-nın məlumatına görə, əş-Şaraa İraq nümayəndə heyəti ilə söhbəti zamanı regionda təhlükəsizlik və sabitliyə nail olmaq üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb.