Suriya və İraqda ABŞ qüvvələrinin karvanı hədəfə alınıb

Suriya və İraqda ABŞ qüvvələrinin karvanı hədəfə alınıb

Suriyanın şərqində və İraqın Babil əyalətində ABŞ qüvvələri və onlara logistik dəstək aparan karvan hədəfə alınıb

SalamNews Sputnik.Arabic-ə istinadla xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, Suriyada Fəratın şərqində “Kuniko” neft yatağı yaxınlığında yerləşən ABŞ qərargahı ərazisinə dörd raket atılıb.

Bu hücumun xəsarətləri barədə məlumat yoxdur.

Eləcə də İraqın Babil əyaləti ərazisində ABŞ qüvvələrinə logistik yükləri aparan karvanın yolunda quraşdırılmış bomba ilə partlayış törədilib.

Qeyd edək ki, son günlərdə İraq və Suriyada ABŞ qüvvələrini olduğu qərargahlara intensiv raket və PUA-larla hücum edilir.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 9 =