Suriya xalqı sionist rejimin xəbərdarlıq broşurlarını lağa qoydu

Suriya xalqı sionist rejimin xəbərdarlıq broşurlarını lağa qoydu

İsrail rejiminin döyüş təyyarələri Livan-Suriya sərhədindəki Kunaytra şəhəri üzərindən Suriya ordusunun Hizbullahla əməkdaşlıq etməsini xəbərdar edən broşuralar atıb.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, broşurlarda (keçən cümə axşamı Kunaytra səmasından endirilib) Hizbullahın Suriya ordusunu istismar etmək üçün müxtəlif vasitələrdən istifadə etdiyi və Suriyanı İsrail rejiminə qarşı döyüş meydanına çevirmək istədiyi iddia edilir.

“Sham Times” qəzetinin yazdığına görə, Kunaytra xalqı Hizbullahın İsrail rejiminə düşmən olan yeganə tərəf olduğunu iddia edən bəyannamə mətnini lağa qoyaraq, İsrail rejimi və Suriya arasındakı müharibənin Hizbullahın qurulmasının ilkin şərti olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =