Suriya Xarici İşlər Nazirliyi Trampın Bəşər Əsəd sui-qəsdi ilə bağlı dediklərinə reaksiya verdi
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Suriya Xarici İşlər Nazirliyindəki bir mənbə ABŞ Prezidentinin Bəşər Əsədə qarşı terror qərarı qəbul etməsinin ABŞ-ın öz maraqlarına çatmaq üçün eynilə terror qruplaşması metoduna sahib olduğunu göstərdiyini deyib.
ABŞ Prezidenti Donald Tramp bu həftə Fox News-a verdiyi müsahibəsində Suriya Prezidenti Bəşər Əsədə sui-qəsd etmək istədiyini, lakin ABŞ-ın keçmiş Müdafiə naziri Ceyms Mattisin buna mane olduğunu söylədi.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyindəki bir mənbə bu gün (Çərşənbə) Trampın dediklərinə reaksiya verdi.
ABŞ prezidentinin Bəşər Əsədin hədəf alınması ilə bağlı dedikləri açıq şəkildə onun siyasi düşüncəsinin və qeyri-ciddi siyasi davranışının səviyyəsini və istəklərinə çatmaq üçün cinayət törədən quldur sistemini göstərir. Mənbə əlavə etdi ki, Trampın bu qərarı qəbul etməsi ABŞ hökumətinin hüquqi, humanitar və əxlaqi qaydalardan asılı olmayaraq bölgədəki maraqlarına çatmaq üçün eynilə terror qruplarının sui-qəsd metodunu tətbiq edən azğın və qanundan kənar bir dövlət olduğunu nümayiş etdirdi.