Suriya XİN kürd birləşmələrinin separatçı addımları ilə bağlı xəbərdarlıq edib

Suriya XİN kürd birləşmələrinin separatçı addımları ilə bağlı xəbərdarlıq edib

Rəsmi Dəməşq Suriyanın şimal və şərqindəki kürd birləşmələrin “Yerli özünü idarəetmə sistemi” planını separatçı addım kimi qiymətləndirib və bu barədə kürd bölmələrinə xəbərdarlıq edib.

Bu barədə Suriyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda, ölkənin şimalında və şərqində separatçı layihələrin təbliğatına son qoyulması tələb edilib.

Suriya Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda, ölkənin şimal-şərq bölgəsindəki “muxtariyyətdən” bir qrupun nümayəndə heyəti qismində Qərb ölkələrinə səfər etmələri və separatçı planlarla bağlı addım atmaları kəskin pislənilib. Əlavə edilib ki, bütün Suriya xalqı bu separatçı addımlara qarşıdır və ona cavab verəcəkdir.

Qeyd edək ki, Fəratın şərqindəki “Kürd özünü idarəetmə sistemi”nə bağlı idarələr bir neçə gündür ki, tanınmasını tələb edərək sosial şəbəkələrdə bir hashtag başladıb.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + thirteen =