Suriya XİN rəhbəri: `Livana indiki böhrandan çıxmaq üçün kömək edəcəyik`
“Suriya Livana yaranmş çətin böhrandan çıxmaq üçün lazimi kömək edəcək”
Mehr agentliyi xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad livanlı həmkarı Abdullah Buhbiblə Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə Serbiya paytaxtı Belqradda keçirilən böyük toplantıda görüşü zamanı bildirib.
Görüş çərçivəsində tərəflər iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsini, Livanda yaranmış böhranı və Suriya qaçqınları məsələsini müzakirə ediblər.
Həmçinin Suriya XİN rəhbəri ölkəsinin Livana yanacaq daşıma məsələsində də ciddi kömək edəcəyini xüsusilə vurğulayıb.
Qeyd edək ki, bu yaxınlarda ABŞ-ın Livana qarşı tətbiq etdiyi sanksiya nəticəsində ölkə ciddi yanacaq problemi ilə üzləşib.
Faktxeber