Suriya: Yeni bir beynəlxalq sistem qurmaq lazımdır; müstəmləkə rejiminə son qoyulmalıdır

Suriya: Yeni bir beynəlxalq sistem qurmaq lazımdır; müstəmləkə rejiminə son qoyulmalıdır

Suriya hökuməti sionist işğalçıların hərəkətləri və bu rejimin işğal olunmuş ərazilərdəki cinayətləri və Qərb ölkələrinin BMT Nizamnaməsinə əməl etməməsinə toxunaraq, müstəmləkəçilik və təcavüzkar siyasətlərə son qoymaq üçün yeni beynəlxalq sistem qurulmasını tələb edib.

Suriya Xarici İşlər və Xarici Vətəndaşlar Nazirliyi Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə verdiyi bəyanatda bildirib: Qərb ölkələrinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə əməl etməməsi, təcavüzlərə qarşı ikili standartlar mövcud strukturun öz effektivliyini itirməsinə səbəb olub. Ona görə də bu təcavüz prosesinin qarşısını almaq üçün yeni beynəlxalq sistemin yaradılması zəruridir.

Ən-Nəşrə xəbər saytının məlumatına görə, bu bəyanatda əlavə olunur: Suriya da dünyanın digər ölkələri kimi, yarandığı gündən bu təşkilata üzv olub və onun qanun və müqavilələrinin tənzimlənməsində mümkün qədər iştirak və əməkdaşlıq edib.

İkinci Dünya Müharibəsindən sonrakı dövrdə müharibə zamanı faşistlərin cinayətləri nəticəsində müharibə və təcavüzün təkrarlanmasının qarşısını almaq, ölkələrin daxili işlərinə müdaxilənin qarşısını almaq məqsədilə və hamı üçün bərabərlik prinsiplərinə əsaslanan ədalətli bir dünya nizamnaməsi layihəsi hazırladılar.

Suriya Xarici İşlər Nazirliyi sözünə davam edib: “Təəssüflər olsun ki, Qərb ölkələrinin nizamnamənin prinsip və məqsədlərinə əməl etməməsi və təcavüzkar, müstəmləkəçilik siyasəti və ikili standartları, inkişaf etməkdə olan ölkələrin sərvətlərinin talanması bu təşkilatı nizamnamənin məqsədləri və onun hüquqi rolundan uzaqlaşdırıb.”

Bu bəyanatda əlavə olunur: Suriya daha əvvəl dəfələrlə BMT Nizamnaməsinə uyğun olaraq yeni beynəlxalq sistemin yaradılması, İsrailin hakim və təcavüzkar siyasətinə və bu rejimin işğal olunmuş ərəb torpaqlarında törətdiyi cinayətlərə son qoymaq üçün dəfələrlə çağırış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + three =