Suriyada 3 min şiənin beynəlxalq yardıma ehtiyacı var

Suriyada 3 min şiənin beynəlxalq yardıma ehtiyacı var

Suriyanın şiə şəhərlərindən olan Nubl və Əl-Zəhranın üç mindən çox şiə sakininin blokada vəziyyəindən çıxması üçün dünya ictimaiyyətinin dəstəyinə ehtiyacı var.

Redaktorun verdiyi məlumata əsasən, Nubl və Əl Zəhrasanın şiə balaları, uşaqları, qadınları və qocaları faciəvi şəraitlə üz-üzədir. Onlar 5-ci gündür ki, Əl-Safira bölgəsində soyuq payız havasında evsiz-eşiksiz, ac-susuz qalıb və şəhərdən çıxmaq imkanı axtarırlar.

Məlumata görə Suriya bu xüsusda BMT, Qızıl Aypara, Qırmızı Xaç və bütün dünyada humanitar təşkilatlara təcili yardım çağırış edib.

Terrorçular hamilə qadınların və xüsusi qayğıya ehtiyacı olan insanların olduğu ağır vəziyyətinə belə rəhm etmir, onlara su, ərzaq və dərman belə çatdırılmasına mane olur, təhlükəsiz ərazilərə çıxmaqdan imtina edirlər.

Məlumatda həmçinin qeyd edilir: Hava soyuduqca, onların vəziyyəti daha da ağırlaşır və onlarla vətəndaş heç bir məlumat verilmədən naməlum istiqamətə qaçırılıb.

Biz də öz növbəmizdə insanlıq vəzifəmizi əldə əsas tutaraq  humanitar orqanlara müraciət edir, çox gec olmadan onları xilas etmək üçün dərhal tədbirlər görülməsi Nubl və Əl Zəhra şəhər sakinlərinin bu ağır şəraitdən xilas olmaq üçün təhlükəsiz keçidin təmin edilməsini xahiş edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × five =