Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub

Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub

Suriyanın Hasake əyalətinin cənubundakı Şəddadi bölgəsində yerləşən ABŞ-ın hərbi bazası raket atəşinə tutulub, xəsarət alan olmayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd olunub ki, ABŞ-ın Şəddadidəki patrul bazasına iki raket atılıb:

“Hücum nəticəsində xəsarət alan olmayıb, baza və ya koalisiya əmlakına heç bir ziyan dəyməyib. Raketlərin atıldığı yerə baxış keçirilib və üçüncü partlamamış raket aşkarlanıb” – məlumatda vurğulanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 8 =