Suriyada ABŞ-ın nəzarətində qalan düşərgədən qaçqınların çıxması başlayıb
Suriya İordaniya sərhədində ABŞ-ın və onun dəstəklədiyi silahlı birləşmələrin nəzarətindəki ət-Tənif bölgəsində yerləşdirilən qaçqınlar tədricən Suriya hökumətinin nəzarətindəki bölgələrə geri dönməyə başlayıblar.
SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı “Sülh Mərkəzi” bəyanat verib.
Bildirilib ki, ət-Tənif bölgəsindəki ər-Rukban qaçqın düşərgəsində olan köçkünlər Suriya Ordusunun nəzarətində olan bölgələrə çıxmağa başlayıblar.
Məlumata görə, son sutkada buranı tərk edərək, hökumətin nəzarətindəki bölgələrə gələn qaçqınların sayı iki yüzü keçib.
Ər-Rukban düşərgəsindən çıxmaq üçün koridorun açılmasından sonra bölgəni 20 mindən çox qaçqın tərk edib.