Suriyada Amerika qırıcısı qəzaya uğradı

Suriyada Amerika qırıcısı qəzaya uğradı

Bu gün axşam xəbər mənbələri Suriyanın şərqində Amerika qırıcısının qəzaya uğraması barədə məlumat yayıb.Əl-Məyadin şəbəkəsinin məlumatına görə, Amerikaya məxsus qırıcı Suriyanın şərqindəki Deyr-əz Zor bölgəsində texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Lakin qırıcının ekipajı xilas edilib.

Bəzi xəbər mənbələri bu qırıcının Deyr əz-Zor ətrafında İranın nəzarətində olan bölgədə qəzaya uğradığını iddia edib.

Bəzi mənbələr qırıcının Suriya ordusunun nəzarəti altında olan Deyr-əz-Zor ətrafındakı “İslah əl-Bulil” bölgəsində qəzaya uğradığını bildirib.

Bu mənbələr təyyarənin qəzaya uğramazdan əvvəl şərqdəki Əl-Möhsün bölgəsində “Koalisiya”ya bağlı bəzi yerləri bombaladığını bildirib.

Son zamanlar Deyr-əz-Zorun şərq hissəsində ABŞ hərbi bazası üç dəfə raket hücumuna məruz qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 12 =