Suriyada etiraz aksiyalarında bir nəfər ölüb, çoxlu sayda yaralı var

HTŞ rejiminin təhlükəsizlik qüvvələrinin keçmiş Əsəd administrasiyasının üzvlərinə qarşı həyata keçirdiyi saxlama əməliyyatlarından sonra Suriyada gərginliyin artdığı bildirilir.
Əl-Meyadin xəbər verir ki, Suriyada HTŞ rejiminin təhlükəsizlik qüvvələrinin keçmiş Əsəd administrasiyasının üzvlərini hədəf alan həbs kampaniyasına başlamasından sonra gərginlik artıb .
Latakiyanın Kardaha şəhərində Baş Təhlükəsizlik əməkdaşlarının etirazçılara atəş açması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Latakiya və Homs əyalətlərinin bəzi bölgələrində irimiqyaslı həbslərin olduğu bildirilir.
Məlumata görə, Latakiyadakı təhlükəsizlik nəzarət məntəqələri Latakiyanın Cebla şəhərinə gedən 5 nəfəri saxlayıb.
HTŞ rejim qruplarının Suriyanın şimalından irəliləməsi xüsusilə ölkənin mərkəzi hissəsindəki Homs şəhərində cəmləşmiş çoxlu sayda ələvinin Latakiya və Tartus sahil bölgələrinə doğru qaçmasına səbəb olub.