Suriyada həlledici Əl-Quseyr döyüşündən əvvəl Seyid Nəsrullahın tövsiyələri (Video izlə)
Sizinyol xarici mediaya isstinadən xəbər verir:
Əl-Manar Hizbullah Baş katibi Seyyid Həsən Nəsrullahın Suriyadakı həlledici Əl-Quseyr döyüşündən əvvəl hərəkatın döyüşçüləri ilə görüşməsi barədə sənədli film yayımladı.
Videonun bir hissəsində Nəsrullah bəyan edir: “Bizim vəzifəmiz bu döyüşdə qalib gəlməkdir.” Livandakı Hizbullah Baş katibi müharibənin silahlı insanlarla olduğunu və mülki insanlara hücum edilmədiyini vurğulayır.
Videonun başqa bir hissəsində deyir: Hizbullahın xüsusiyyəti qorxunun önündə hərəkət etməsidir.
Suriya böhranının ilk günlərində Əl-Quseyrin azad edilməsi, böhranın ilk illərinin ən böyük, ən vacib və ən qətiyyətli hadisələrindən biri olaraq xarakterizə olunur.
Bəziləri bu bölgənin qurtuluşunu möcüzəyə, bəziləri isə böyük bir dastana bənzədirlər.
Həms əyalətindəki Əl-Quseyr və onun əhəmiyyətli magistral yolu Dəməşqi Tartus, Banias və Latakiya (Laziqiyyə) limanlarına birləşdirir və terrorçular Livandan təchizat və silahlar daşınması üçün istifadə edirdilər.
Suriya ordusu və müttəfiqləri Hizbullah da daxil olmaqla 2013-cü ildə üç həftədən az bir müddətdə Əl-Quseyri və ətraf əraziləri təmizləməyi bacardı və bu böyük bir uğur idi.