Suriyada kürdlərin həbsxanalarında 10 min civarında İŞİD üzvü var – ABŞ dövlət katibi

Suriyada kürdlərin həbsxanalarında 10 min civarında İŞİD üzvü var – ABŞ dövlət katibi

“Suriyada kürdlərin həbsxanalarında 10 min civarında İŞİD üzvü var. Bu həmişə belə davam edə bilməz. Onlar öz ölkələrinə qaytarılmalı və orada mühakimə edilməlidirlər.”

Bunu ABŞ dövlət katibi Antonio Blinken deyib.

Romada “İŞİD-ə qarşı hərbi koalisiya”ya üzv ölkələrin toplantısında çıxış edən ABŞ dövlət katibi Suriyada kürdlərin nəzarətindəki həbsxanalarda 10 min civarında İŞİD üzvünün olduğunu bildirib.

O bu terrorçuların öz ölkələrinə qaytarılması və orada mühakimə edilməsini istəyib.

A.Blinken bildirib ki, bu şəxslərin daima Suriyada həbsdə qalması mümkün deyil.

Qeyd edək ki, Suriya və Rusiya ordu mənbələri bu terrorçuların ABŞ qüvvələri tərəfindən fərqli bölgələrdə hücumlar həyata keçirmək üçün müxtəlif istiqamətlərə köçürüldüklərini bildirirlər.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − 3 =