Suriyada radikal qruplaşmaların silah anbarında partlayış baş verib
Suriyanın İdlib əyalətində Əl-Qaidənin sabiq qanadı “ən-Nusra Cəbhəsi” nin silah anbarında partlayış baş verib.SalamNews RT-ə istinadla xəbər verir ki, hadisə İdlibin Salqin bölgəsində “ən-Nusra Cəbhəsi” nin (digər adı Heyət Təhrir-Şam) silah anbarında baş verib.
Bu partlayış nəticəsində mülki şəxslərdən 5 nəfər, radikal qruplaşma üzvlərindən isə 16 nəfər ölüb və yaralanıb.
Hadisənin hava zərbəsi nəticəsində baş verdiyi iddia edilir. Lakin “ən-Nusra Cəbhəsi” bunu təsdiqləməyib.
Qeyd edək ki, cari ilin martında Rusiya və Türkiyənin vasitəçiliyi ilə bölgədə atəşkəs elan edilib.
islamtimes.org