Suriyada yaşayan fələstinlilər İranın Fələstin xalqına etdiyi yardıma görə təşəkkür ediblər

Suriyada yaşayan fələstinlilər İranın Fələstin xalqına etdiyi yardıma görə təşəkkür ediblər

İran İslam Respublikasının Suriyadakı səfirliyi mübarək Ramazan ayı münasibəti ilə bu gün (çərşənbə günü) keçirilən mərasimdə Fələstinin “Yərmuk” düşərgəsinə yardım paylayıb.

İran İslam Respublikasının Suriyadakı səfirinin müavini Əlirza Ayəti deyib: “Qəzzada son altı ayda baş verən hadisələr sionistlərin anti-insani mahiyyətini göstərdi və Fələstin xalqının öz hüquqlarına nail olmasının yeganə yolu müqavimətdir.”

“İran İslam Respublikası məzlum Fələstin xalqının və qəsbkar sionist rejimə qarşı müqavimət mücahidlərinin yanında olmaqda davam edir” – deyə, o, qeyd edib.

İran İslam Respublikası səfirinin müavini Qəzzanın müdafiəsiz insanları, qadın və uşaqlarının qətliam edilməsinin dayandırılması üçün cavabdeh olan beynəlxalq qurumların təcili addım atmasının vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + thirteen =