Suriyada yüzlərlə insan ABŞ və Türkiyəyə etiraz etdi
Eastnews.org-un verdiyi xəbərə görə, Suriyanın şimal-şərqində yerləşən Hasekə şəhərində ABŞ və Türkiyə əleyhinə növbəti aksiya keçirilib.
Bu barədə yerli mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanır ki, keçirilən aksiya zamanı ABŞ və Türkiyə ordularının bölgədən çıxarılması tələb olunub.
Yüzlərlə insan ABŞ və Türkiyənin Suriya nefti ilə kənd təsərrüfatı məhsullarını oğurlamasına da etiraz ediblər.