Suriyadakı Amerika bazasına edilən hücuma görə məsuliyyəti İraqlı qruplaşma öz üzərinə götürüb

Suriyadakı Amerika bazasına edilən hücuma görə məsuliyyəti İraqlı qruplaşma öz üzərinə götürüb

İraqlı qruplaşma Suriyanın şərqində Amerika hərbçilərinin hədəfə alınmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, “Qalibun briqadası” qruplaşması bir bəyanat yayaraq elan edib: “Qalibun Briqadası”na bağlı İslami müqavimət pilotsuz təyyarələri cümə axşamı günortadan sonra Suriyada Amerika hərbçilərinin işğalı altında olan Remilan hava limanını hədəf almağa müvəffəq olub.

Bu bəyanatda deyilir: Amerika işğalına görə, bu uğurlu əməliyyat çoxlu sayda Amerika əsgərinin ölümü və yaralanması ilə nəticələndi.

Bu əməliyyat və gələcək əməliyyatlar Amerika işğalçılarının ölkəmizdə və bölgəmizdə törətdikləri vəhşi və terror cinayətləri ilə yanaşı, qalib komandirlərimizin hədəfə alınmasına təbii və qanuni cavab tədbirləri çərçivəsində baş verir.

Bu bəyanatın davamında vurğulanır: Qalibun briqadasının komandanlığı qabaqcıl silahlarla Amerika işğalçılarına qarşı daha ətraflı əməliyyatlar aparmaq əzmindədir. Amerikalılar ölkəmizi tamamilə tərk edənə qədər İraqda və xaricdə təhlükəsizliyə nail olmayacaqlar.

Bu açıqlamanı Qalibun Briqadasının cihadçı müavini Hacı Əbu Əli verib.

Pentaqonun sözçüsü Pat Ryder cümə günü bildirib ki, Suriyanın şərqindəki Deyrəz-Zur əyalətindəki ABŞ hərbi bazasına onlarla raketlə hücum edilib.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü Abigail Hammock İraqın “Rodav” telekanalına verdiyi açıqlamada, bir əsgər və bir podratçının paytaxt Bağdadda müalicə altına alındığını, iki əsgərin isə tibbi yardım üçün İraqın şimalındakı Ərbil şəhərinə aparıldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − 6 =