Suriyalı qadın və uşaq Türkiyə ordusunun zirehli maşınının altında qalıb

Suriyalı qadın və uşaq Türkiyə ordusunun zirehli maşınının altında qalıb

Suriyadakı müxaliflərə yaxın media Türkiyə ordusuna məxsus zirehli maşının Suriyanın şimalında bir qadın və bir uşağın üzərinə keçdiyini yazıb.

Mehr xəbər agentliyinin məlumatına görə, Suriyadakı müxaliflərə yaxın mənbələr Hələb şəhərinin qərbindəki Ət-Tərəb bölgəsindən keçən Türkiyə ordusuna məxsus zirehli maşının bir qadın və bir uşağın üzərinə keçdiyini açıqlayıb.

Bu hadisə bölgə sakinlərinin etirazına səbəb olub və şahidlər bildiriblər ki, Türkiyə sərhədindən 16 kilometr aralıda yerləşən bu ərazidən keçərkən türk hərbi maşınları daşla hücuma məruz qalıb.

Bu mənbələrin məlumatına görə, bu hadisədə yeddi yaşlı qız və onun 70 yaşlı nənəsi türk əsgərləri tərəfindən səhvliklə maşının altında qalıb. Bu hadisədən sonra rayonun İctimai Təhlükəsizlik Təşkilatının avtomobilləri bu iki avtomobili müşayiət edərək polis bölməsinə aparıblar.

Suriyanın şimalında yaşayan insanlar şəhərlərindən keçən türk konvoylarının düşməncəsinə hərəkətlərindən daim şikayətlənirlər.

Türkiyə ordusu bir müddət əvvəl Suriyanın şimalında quru əməliyyatlarına başlamaq planını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 4 =