Suriyanın 4 əyalətində meşə yanğınları ciddi fəsadlara yol açıb

Suriyanın 4 əyalətində meşə yanğınları ciddi fəsadlara yol açıb

Suriyanın Laziqiya, Tartus, Həma və Homs əyalətlərində meşə yanğıları davam edir.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, Suriyanın Laziqiya əyaləti, Tartus əyaləti, Həma əyalətinin şimalı və Homs əyalətinin qərbində meşə yanğınları davam edir.

Məlumata görə, artıq Suriyanın bir sıra qurumları Həma və Homs əyalətlərində yanğınların mühasirəsində qalan bir neçə kəndi təxliyə ediblər.

Suriya Ordusu da yanğınların söndürülməsi üçün cəlb edilib.

Suriyanın Əkinçilik naziri Hassan Qatna sözügedən yanğınların ölkənin tarixində ilk olduğununu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + eleven =