Suriyanın düşmənləri məğlub olduqlarını etiraf etdilər

Suriyanın düşmənləri məğlub olduqlarını etiraf etdilər

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, siyasi müşahidəçilərin fikrincə Vaşinqtonun yaşıl işığl ilə həyata keçirilən bəzi ərəb ölkələri ilə Dəməşq arasında münasibətlərin normallaşması və inkişafına dair çoxsaylı hesabatların dərcindən sonra köhnə müttəfiqi kimi Tel-Əvivin də mövcud reallığı qəbul etməkdən başqa yolu qalmayıb. Çünki İsrail də rəsmi şəkildə qəbul edir ki, Dəməşqin və Bəşər Əsəd hökumətinin süqutu məsələsinin artıq mənası yoxdur.

“İsrael Hayom” qəzetində dərc olunan bir hesabatda qeyd olunub: “İsrail məğlubiyyətini rəsmən etiraf edir və bilir ki, Əsədin devrilməsi variantı artıq mənasızdır və o, təxminən on ildən sonra öz nüfuzunu bütün Suriyada genişləndirməkdədir.”

Bundan əlavə, hərbi analitik Leylax Şaval İsrailin yüksək səviyyəli təhlükəsizlik mənbələrinə istinadən “İsrael Hayom” qəzetində Suriyadakı son dəyişikliklərin “çox dramatik” və “ciddi” olduğunu söyləyib. O, deyib ki, Suriyada yüz minlərlə insanın öldüyü və yaralandığı, milyonlarla insanın ölkəni tərk etdiyi amansız “vətəndaş müharibəsi”ndə on ilə yaxın amansız qan tökülməsindən sonra prezident Bəşər Əsəd hakimiyyətə qayıdıb və indi öz hakimiyyətini ölkəyə “tətbiq etməyə” çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =