Suriyanın Əl-Həsəkə şəhərində ABŞ bazasına raket hücumu

Suriyanın Əl-Həsəkə şəhərində ABŞ bazasına raket hücumu

Xəbər mənbələri Suriyanın Əş-Şadadi şəhərindəki Amerika bazasının raket hücumlarına məruz qaldığını və içəridən bir neçə partlayış səsinin eşidildiyini bildirib.

Əl-Məyadin kanalı Əl-Həsəkənin cənubunda (Suriyanın şimal-şərqində) yerləşən Əş-Şadadidəki qeyri-qanuni ABŞ hərbi bazasına hücum edildiyini açıqlayıb.

Əl-Məyadin də bu raketlərin hədəfi vurduğunu və baza daxilində partlayışa səbəb olduğunu bildirib.

Sputnik xəbər agentliyi də yerli mənbələrə istinadən xəbər verir ki, bu hücumlardan sonra Amerika bazasında güclü partlayış baş verib.

Həmin mənbələrin məlumatına görə, raketin vurulmasından sonra baza daxilində həyəcan siqnalı verilib və Amerika helikopterləri intensiv patrul edib.

Bu məlumatdan bir neçə dəqiqə sonra İraq İslami Müqaviməti bəyanat yayaraq, sözügedən bazanın raket hücumu ilə hədəf alındığını və raketlərin nəzərdə tutulan hədəfləri dəqiqliklə vurduğunu açıqlayıb.

Bu əməliyyat bu gün səhər İraqın şimalındakı Amerika bazası İraq müqavimət qüvvələrinin dron hücumunun hədəfi olduğu halda həyata keçirilib. İraq İslami Müqaviməti də ötən gecə verdiyi açıqlamada Suriyanın şimal-şərqindəki “Xərab Əl-Ceyr” hava limanında yerləşən Amerika bazasının raket hücumu ilə hədəf alındığını deyib.

Amerika bazaları dəfələrlə İraq müqavimət qüvvələrinin raket və dron hücumlarına məruz qalıb. İraq İslami Müqaviməti bu hücumların Qəzza xalqına dəstək məqsədilə həyata keçirildiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 9 =