Suriyanın Hama hərbi hava limanı yaxınlığında partlayışlar baş verib! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Suriyanın Hama hərbi hava limanı yaxınlığında partlayışlar baş verib Suriyanın Hama hərbi hava limanı yaxınlığında bir neçə güclü partlayış qeydə alınıb. İlkin versiyalara görə, partlayışlar hava hücumu və ya anbarlardakı texniki nasazlıq nəticəsində baş verə bilər.
Hadisə yerindən yayılan görüntülərdə qalın tüstü buludlarının yüksəldiyi görünür. Hava limanının infrastrukturu və yaxınlıqdakı obyektlərə ciddi zərər dəyib.
Mənbələr bildirir ki, partlayışlar silah və yanacaq anbarlarının olduğu ərazidə baş verib. İsrailin hava hücumu və ya yerli silahlı qrupların sabotaj əməliyyatı ehtimalları araşdırılır.
Hadisə ilə bağlı rəsmi açıqlamalar gözlənilir.