Suriyanın şərqində ABŞ konvoyuna qarşı raket hücumu

Suriyanın şərqində ABŞ konvoyuna qarşı raket hücumu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın şərqindəki yerli mənbələr ABŞ terror qüvvələrinə bağlı bir hərbi konvoya hücum olunduğunu bildiriblər.

Bu mənbələr qeyd ediblər ki, bu, naməlum şəxslər tərəfindən həyata keçirilən bir raket hücumu olub, hadisənin ardınca isə kiçik silahlarla toqquşma baş verib.

Qeyd olunan mənbələr, ABŞ ordusunun öldürülən şəxslərin sayı ilə bağlı hər hansı bir statistik məlumat yaymadığını vurğulayıblar.

Bu mənbələrə görə, Amerika karvanı Deyr əz-Zor vilayətinin şərqində yerləşən “Əl-Bəsirə” qəsəbəsindən keçərkən hədəfə alınıb.

ABŞ-a bağlı olan “Suriya Demokratik Qüvvələri” adlanan bir sıra kürd terrorçuları da bu əməliyyat nəticəsində səhra xəstəxanalarına daşınıblar.

ABŞ hərbi konvoyuna hücum yerini mühasirəyə alan bu quruplaşma üzvlərinin naməlum şəxslərlə qarşıdurma zamanı yaralandıqları bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 2 =