Suriyanın şimal-qərbində baş verən terror münaqişəsində ölənlərin sayı 58 nəfərə çatıb

Suriyanın şimal-qərbində baş verən terror münaqişəsində ölənlərin sayı 58 nəfərə çatıb

Suriyanın şimal-qərbində terrorçu qruplar arasında baş verən qarşıdurma son 10 gündə 10-u mülki şəxs olmaqla, azı 58 nəfərin ölümü ilə nəticələnib.

“Ən-Nəşrə”nin məlumatına görə, Suriyanın şimalında Türkiyəyə bağlı terror qrupları ilə “Heyətit-Təhrirəş-Şam” və ya (keçmiş Cəbhətun-Nüsrə) terror qruplaşması arasında on gündür başlayan qarşıdurmalar zamanı azı 58 nəfər ölüb. Onlardan 10-u mülki şəxsdir.

Suriyanın “Suriyada İnsan Haqlarının Müşahidə Təşkilatı” kimi tanınan müxalif qruplaşmasının məlumatına görə, bu toqquşmalarda “Heyətit-Təhrirəş-Şam” terror qruplaşmasının 28 üzvü, Türkiyə ordusuna bağlı terror qruplaşmasının 20 üzvü və 10 mülki şəxs həlak olub.

Bu hesabata görə, “Suriya Milli Ordusu” adlanan qurumun bayrağı altında 30-a yaxın silahlı terror qruplaşması Türkiyəyə bağlıdır və bu ölkə onlara maliyyə və silah dəstəyi verir.

Bu silahlı terrorçu qruplaşmalar Suriyanın Hələb vilayətinin şimalındakı sərhəd bölgəsinə nəzarət edir və bu bölgəyə Cərablus, Afrin, əl-Bab və Əzəz şəhərləri daxildir. Bu ərazidə türk qüvvələrinin də yerləşdiyi bildirilir.

Məlumata görə, oktyabrın 8-də Əl-Bab şəhərində Ankaranın müttəfiqi olan “Əl-Şəmiyyə Cəbhəsi” terror qruplaşması ilə “Əl-Həmzə” terror qruplaşması arasında qarşıdurma başlayıb.

Bundan sonra bu qarşıdurmalara başqa silahlı qruplar da qoşuldu və türk qüvvələri aralarındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün müdaxilə etməyib. Ona görə də münaqişə digər ərazilərə də yayılıb.

Bundan sonra “Heyətit-Təhrirəş-Şam” terror qruplaşması da hərəkətə keçərək ilk dəfə olaraq Afrin bölgəsini tamamilə nəzarətə götürüb.

 “Suriyada İnsan Haqlarını MüşahidəTəşkilatı” kimi tanınan qrup bir həftə davam edən toqquşmadan sonra iki münaqişə tərəfinin razılığa gəldiyini və buna əsasən “Heyətit-Təhrirəş-Şam”ın rifah və iqtisadi mərkəzləri ələ keçirdiyini və həmçinin Afrində təhlükəsizliyin təmin edilməsinə cavabdeh olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 3 =