Suriyanın şimal-qərbində terrorçu qruplar arasında qarşıdurma davam edir

Suriyanın şimal-qərbində terrorçu qruplar arasında qarşıdurma davam edir

Xəbər mənbələri Suriyanın şimal-qərbində “Ən-Nüsrə” Cəbhəsi terror qruplaşması ilə digər terror qruplaşmaları arasında şiddətli toqquşmaların davam etdiyini və hər iki tərəfdən 40-dan çox insanın öldüyü və yaralandığı barədə məlumat yayıb.

Sputnik xəbər agentliyinin məlumatına görə, “Ən-Nüsrə” terror cəbhəsinə bağlı “Ləşkər əl-Həmzə” kimi tanınan qruplaşma ilə Milli Ordu” kimi bilinən və Türkiyə tərəfindən dəstəklənən  “Üçüncü Briqada” adlı qruplaşma arasında qarşıdurma baş verib.

Bu qarşıdurma Suriyanın şimal-qərbində yerləşən Afrin şəhərində müxtəlif istiqamətlərdə davam edir və intensivləşib.

Sputnik-ə müsahibə verən bəzi yerli mənbələr Kəfərcanə bölgəsində “Üçüncü Briqada” terror qruplaşması ilə ağır toqquşmalardan sonra qondarma “Təhriruş-Şam” (keçmiş Cəbhət ən-Nusra) terror ünsürlərinin Hələb Rifində yerləşən Afrin-Əzaz yolunda və onun ətrafındakı təpələrdə üstünlük təşkil etdiyini bildirib.

İlkin məlumatlara görə, bu toqquşmalar zamanı hər iki tərəfdən 40 nəfər ölüb və yaralanıb.

Bu mənbələr vurğulayırb: Cəbhətun-Nüsrə ilə Üçüncü briqada arasında son iki gündə aparılan danışıqlar heç bir razılaşmaya səbəb olmadı və yeganə nəticə Afrində partlayış səsləri və səhra toqquşmalarının yenidən eşidilməsinə qədər bir neçə saatlıq atəşkəs oldu.

Yerli mənbələr hesab edir ki, Ən-Nüsrə terror qruplaşması Əzəz şəhərini – “Milli Ordu” kimi tanınan terror qruplaşmasının ən böyük qərargahı olan şəhəri ələ keçirmək üçün hərbi əməliyyatlarını davam etdirir. Həmçinin, bu şəhərdə türk hərbi qüvvələrinin bir qismi yerləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 15 =