Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazasına raket hücumu
Suriyanın rəsmi xəbər agentliyi ABŞ-ın Əl-Şədadi şəhərindəki hərbi bazasının ən azı iki raketlə hədəfə alındığını bildirib.
Bəzi ərəb mənbələri çərşənbə axşamı səhər Suriyanın şimal-şərqində ABŞ hərbi bazasına hücum edildiyini bildirib.
Suriyanın rəsmi xəbər agentliyi (SANA) xəbər verib: “Əl-Həsəkə əyalətinin cənub rifində Əş-Şədadi bölgəsindəki Amerika işğalçı bazası raketlə hədəfə alınıb.”
Sputnik xəbər agentliyi də yerli mənbələrə istinadən xəbər verir: “Əl-Həsəkənin cənubundakı Əş-Şədadi şəhərindəki Amerika bazasına iki raket atılıb.”
“ABŞ bazasına dəyən raketlərin mənbəyi Suriya-İraq sərhədindədir və itkilərin sayı məlum deyil.” – hərbi mənbə Əl-Məyadin-ə deyib.
Raket hücumunun mümkün zərəri və ya itkiləri və ya buna görə kimin məsuliyyət daşıdığı barədə ətraflı məlumat verilmir. Bundan əvvəl Suriya mediası naməlum hərbi PUA-nın Suriyanın şimal-şərqindəki Huvəycə Kate bölgəsindəki mövqeyini hədəf aldığını bildirib.
SANA şənbə günü həmçinin, ABŞ ordusunun neft yataqlarından çıxarılan nefti daşıyan 70 tankeri İraqa köçürdüyünü açıqlayıb. Birləşmiş Ştatlar on ildir ki, Suriyaya qarşı müharibədə terrorçuluq və İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə separatçı milislərə dəstək verib və Suriyanın neftlə zəngin rayonlarını işğal edib.
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp açıq şəkildə bəyan edib ki, ABŞ-ın Suriyadakı hərbi mövcudluğu neft quyuları ilə bağlıdır.
Amerikalılar neft və dizel yanacağı ilə yanaşı, hər həftə İraqa külli miqdarda Suriya buğdasını və taxılını da hərbi qüvvələrinin istifadə üçün qaçaqmalçılıq yolu ilə aparırlar ki, bu barədə mətbuatda geniş məlumat verilir.